Kərkükün geri alınmasına görə Bakıda yürüş keçirildi - FOTOLAR
AzVision.az-ın məlumatına görə, yürüşdə İraqın müvəqqəti üzlər üzrə vəkili Fadil Avad əl-Şüveyli, iraqlı tələbələr, Azərbaycandakı İraq diasporunun üzvləri iştirak ediblər.
"İraqın sərvəti tək bir partiya üçün deyil, bütün İraq xalqına məxsusdur. Bu yürüşdə iraqlı tələbələr, İraq diasporunun üzvləri də iştirak edirlər. Bugünkü tədbir İraqın birliyinə dəstəyimizə nümayişdir. İraq Federal hökumətinin Kərkük üzərində hakimiyyəti bərpa etməsi bütün mübahisəli ərazilərə də nəzarəti ələ almağa imkan verib. Kərkükdə bir sıra xalqlar - ərəblər, kürdlər, türkmənlər yaşayır. Burada Federal hakimiyyətin bərpası olduqca önəmlidir"- iraqlı diplomat vurğulayıb.
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: İraq Azərbaycan Bakı Səfirlik Yürüş