ANAMA-dan
AzVision.az-a verilən məlumata görə, oktyabrın 23-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Şurabad kəndi ərazisində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 35 ədəd partlamamış hərbi sursat (PHS), 24 ədəd partlamış-yanmış mərmi qalıqları və 992 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 069 650 kv.m (106.97 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 51 gün ərzində 13 188 ədəd partlamamış hərbi sursat (PHS), 5 455 ədəd partlamış-yanmış sursat qalıqları və 47 328 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 50 424 258 kv.m (5 042 ha) ərazi yoxlanılıb.
AzVision.az