DİM-də Apellyasiya Komissiyası yaradılıb
![DİM-də Apellyasiya Komissiyası yaradılıb DİM-də Apellyasiya Komissiyası yaradılıb](https://azvision.az/photos/DIM-merkezi_1491816245.jpg)
DİM-dən AzVision.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 10-dan 12-nə qədər saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti şəxsən təqdim olunmalıdır.
AzVision.az