Erməni hərbçilər arasında kütləvi dava

Erməni hərbçilər arasında kütləvi dava
  17 İyun 2016    Oxunub:4170
Erməni hərbçilər arasında insident baş verib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hərbi polis zabiti ilə qondarma “DQR” ordusunun 4 zabiti arasında əlbəyaxa dava olub.

Hərbi polis əməkdaşı “DQR” zabitlərinin olduğu avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün saxlayıb.

Avtomobili saxlayan hərbi polis onları yanına çağırıb. Bundan əsəbiləşən 4 zabit- mayor Ara Zaxaryan, leytenant L.Sahakyan, baş-leytenant K.Martirosyan və leytenant D.Anaxasyan hərbi polis zabiti A. Matevosyan ilə mübahisə edib. Sonra onlar arasında dava olub.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, 4 zabit birləşərək hərbi polis zabitini döyüb.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti