İtkin düşən neftçinin meyiti Bakıya gətirildi

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
  12 Yanvar 2016    Oxunub:2158
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti