Azərbaycanda 17 min şagird yoxa çıxıb?

Azərbaycanda 17 min şagird yoxa çıxıb?
  11 Fevral 2015    Oxunub:3106
“Biz bir nəslin ali və orta məktəblərə qəbul nəticələrini araşdırırıq. Statistika Komitəsinin məlumatına görə, 2003-cü ildə 137052, Təhsil Nazirliyinin nəticələrinə əsasən, 147 min uşaq birinci sinfə qəbul olub. 2012-ci 130 min doqquzuncu sinifi bitirib. Arada 17 min şagirdin aqibəti bizə məlum deyil”.

AzVision.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanlarına sənəd verənlərin 7721 nəfəri imtahana gəlməyib.

“2014-cü ildə 111861 nəfər 9-cu sinif buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 62% hər iki fənndən qiymət alıb. Bu pis nəticə deyil, lakin bu testlər proqramı əhatə etmir. Çətin mövzuları buraxılış imtahanlarına daxil etmirik.

Bundan başqa həmin şagirdlərin 85458 nəfər 11 ci sinifdə imtahan verib. 9-11-ci sinif buraxılış imtahanındakı şagirdlər arasında 10-15 % fərq olur. Həmin şagirdlərin 26436 nəfəri haqqında məlumat yoxdur. Onlar 9-cu sinifdə imtahan versə də, 11-ci sinfə isə gəlib çatmayıb. 2012-ci ildə məktəbi atanların 74% kənd məktəbləri, 26% şəhər məktəblərinin şagirdləridir. Onlar əsasən, 2-3 qiymət alanlardır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti