Ukraynanın daha bir vilayəti təhlükə altındadır

   Ukraynanın daha bir vilayəti təhlükə altındadır
  22 Fevral 2025    Oxunub:477
Vaşinqtonun Moskva ilə başladığı danışıqlara baxmayaraq, Rusiya qoşunları Ukraynanın böyük sənaye bazasına malik ən böyük bölgələrindən biri olan Dnepropetrovsk vilayətinə yaxınlaşır.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin yazdığına görə, Rusiya qoşunları hazırda bölgənin sərhədindən üç mildən az məsafədədir və son günlər irəliləyir.

“Rusiya ordusu Donetsk vilayətinin şərqindən Dnepropetrovsk vilayətinə doğru hərəkət edərsə, bu, Ukraynanı mənən sarsıdacaq. Bu, həm də yarana biləcək ərazi danışıqlarında Kiyevin mövqeyini çətinləşdirə bilər”, - qəzetdə dərc olunan materialda deyilir.

Məqalədə bildirilir ki, Rusiyanın hücumu artıq Dnepropetrovsk sərhəd zonasının mənzərəsini dəyişib: indi zirehli texnikanın sütunlarının keçdiyi yollarda səngərlər və tank əleyhinə xəndəklər düzülüb. Mülki əhalinin də döyüşə hazırlaşdığı, bəzilərinin artıq təxliyə olunduğu, digərlərinin isə köçmək planları qurduğu iddia edilir.

Rusiya qoşunlarının Dnepropetrovsk bölgəsinə doğru irəliləməsi təhlükəsi onların Donetsk bölgəsində altı aylıq sürətli irəliləyişinə əsaslanır, hərçənd, son həftələrdə bu sürət azalıb.
Avstriyalı hərbi ekspert Frans Qadinin fikrincə, rus qoşunlarının sürətinin azalması pis hava şəraiti, eləcə də Ukraynanın PUA-lardan səmərəli istifadə etməsi ilə bağlıdır.

- Ancaq pilotsuz təyyarələr ərazini saxlaya bilməz”, - bununla belə, 59-cu briqadadan olan “Şkval” xüsusi təyinatlı hücum batalyonunun komandiri, polkovnik-leytenant Vadim Balyuk deyib.

Donetsk cəbhəsindən qayıdan əsgərlərin dediyinə görə, Ukraynanın döyüş meydanındakı ən böyük problemi dəyişməz olaraq qalır: böyük canlı qüvvəyə malik düşmənin amansız hücumlar həyata keçirmək imkanı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Dnepropetrovsk   təhlükə  





Xəbər lenti