Qırmızı Xaç daha bir girovu İsrailə təhvil verib

Qırmızı Xaç daha bir girovu İsrailə təhvil verib
  22 Fevral 2025    Oxunub:369
İsrail hərbi rəsmiləri Qəzza zolağında azad edilmiş daha bir girovu Beynəlxalq Qızıl Xaç Komitəsindən təhvil alıb.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail vətəndaşı Hişam əl-Seyyid indi İDF və Ümumi Təhlükəsizlik qüvvələri ilə birlikdə İsrail sərhədini keçib.

Həmin şəxsin 2015-ci ildən bəri Fələstin anklavında olduğu bildirilir.

Hişam əl-Seyyidi ərəb mənşəlidir. Bəzi məlumatlara görə, o, psixi pozğunluqdan əziyyət çəkir.

AzVision.az



Teqlər:





Xəbər lenti