Tramp: “Putinlə Zelenski görüşməlidirlər”

      Tramp:    “Putinlə Zelenski görüşməlidirlər”
  22 Fevral 2025    Oxunub:386
Ukraynada müharibənin dayandırılmasını müzakirə etmək üçün Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşməsi zəruridir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donlad Tramp bu qənaətdədir.

“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidirlər”, – Donald Tramp Ağ Evdə yeni sərəncamlarını imzalayarkən jurnalistlərə deyib.

Tramp bir daha əmin edib ki, o cümlədən də insanlıq naminə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasının tərəfdarıdır.

Ağ Evin rəhbəri bildirib ki, fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında danışıqların yeni mərhələsi baş tutacaq. ABŞ-nin yeni Ticarət nazirinin andiçmə mərasimi zamanı çıxışında Tramp atəşkəs və tərəflər arasında razılaşma əldə etmək istədiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   Putin   Zelenski  





Xəbər lenti