Gəncədə qanunsuz tikili sökülüb - VİDEO

Gəncədə qanunsuz tikili sökülüb -    VİDEO
  22 Fevral 2025    Oxunub:350
Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində, Yevlax-Gəncə avtomobil yolunun yaxınlığında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti