ABŞ Kiyevə yardım göstərmək fikrində deyil

   ABŞ Kiyevə yardım göstərmək fikrində deyil
  21 Fevral 2025    Oxunub:425
ABŞ Konqresi yaxın vaxtlarda Ukraynaya maliyyə yardımı göstərilməsi ilə bağlı yeni qanun layihəsinə baxmağı planlaşdırmır.
AzVision.az bildirir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Conson belə bəyanat verib.

“Bizim buna həvəsimiz yoxdur. Biz müharibəni bitirməliyik və sizə deyə bilərəm ki, bizim avropalı müttəfiqlərimiz də bu zərurəti başa düşürlər. Bu müharibə çox uzadılır. ABŞ prezidenti Donald Tramp isə hərbi münaqişəyə son qoya biləcək kobud gücdür”, - siyasətçi deyib.

Emanuel: Donald Tramp “Stalinin arzusunu” dəstəkləyir
Consonun bu bəyanatı ABŞ-nin Ukraynaya gələcək dəstəyi ilə bağlı artan qeyri-müəyyənlik və Trampın “diktator” adlandırdığı, nadir minerallarla bağlı sazişdən yayınmaqda günahlandırdığı Ukrayna prezidenti Volodimir Zelenskini tənqid etməsi fonunda səslənib.

Xatırladaq ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Konqres Kiyevə 175 milyard dollar yardım ayrılmasını təsdiqləyib. Donald Tramp isə daha əvvəl Birləşmiş Ştatların Ukraynaya “qalib gələ bilməyəcək müharibə üçün 350 milyard dollar yardım göstərdiyini” iddia edib.

Bu arada, Bu arada, Ali Radanın Milli Müdafiə və Kəşfiyyat Komitəsinin sədri Roman Kostenko ABŞ-nin Ukraynanın aldığı silahların tədarükünü dayandırdığını iddia edib.

- Artıq sabah bu silahları təhvil verməyə hazır olan şirkətlər indi gözləyirlər. Çünki qərar yoxdur və hamı gözləyir ki, burada ən azı pul müqabilində silah tədarükü barədə qərar olacaqmı”, - Kostenko deyib.

Bununla belə, o, ABŞ hakimiyyət orqanlarından birbaşa “maddi və texniki” yardımın hələ də gəldiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   yardım  





Xəbər lenti