Bakının qardan təmizlənməsinə 100-ə yaxın texnika cəlb edilib

Bakının qardan təmizlənməsinə 100-ə yaxın texnika cəlb edilib
  21 Fevral 2025    Oxunub:380
Əvvəlcədən məlumat verildiyi kimi, gecədən başlayaraq intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonların kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikaları tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçələrə və prospektlərə texniki duz səpilib.

Hazırda kommunal xidmətlərin əməkdaşları və işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metrostansiyaların, avtobus dayanacaqlarının, piyada səkilərinin, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti