Ukraynanın daha bir vilayəti təhlükə altındadır

“Rusiya ordusu Donetsk vilayətinin şərqindən Dnepropetrovsk vilayətinə doğru hərəkət edərsə, bu, Ukraynanı mənən sarsıdacaq. Bu, həm də yarana biləcək ərazi danışıqlarında Kiyevin mövqeyini çətinləşdirə bilər”, - qəzetdə dərc olunan materialda deyilir.
Məqalədə bildirilir ki, Rusiyanın hücumu artıq Dnepropetrovsk sərhəd zonasının mənzərəsini dəyişib: indi zirehli texnikanın sütunlarının keçdiyi yollarda səngərlər və tank əleyhinə xəndəklər düzülüb. Mülki əhalinin də döyüşə hazırlaşdığı, bəzilərinin artıq təxliyə olunduğu, digərlərinin isə köçmək planları qurduğu iddia edilir.
Rusiya qoşunlarının Dnepropetrovsk bölgəsinə doğru irəliləməsi təhlükəsi onların Donetsk bölgəsində altı aylıq sürətli irəliləyişinə əsaslanır, hərçənd, son həftələrdə bu sürət azalıb.
Avstriyalı hərbi ekspert Frans Qadinin fikrincə, rus qoşunlarının sürətinin azalması pis hava şəraiti, eləcə də Ukraynanın PUA-lardan səmərəli istifadə etməsi ilə bağlıdır.
- Ancaq pilotsuz təyyarələr ərazini saxlaya bilməz”, - bununla belə, 59-cu briqadadan olan “Şkval” xüsusi təyinatlı hücum batalyonunun komandiri, polkovnik-leytenant Vadim Balyuk deyib.
Donetsk cəbhəsindən qayıdan əsgərlərin dediyinə görə, Ukraynanın döyüş meydanındakı ən böyük problemi dəyişməz olaraq qalır: böyük canlı qüvvəyə malik düşmənin amansız hücumlar həyata keçirmək imkanı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Dnepropetrovsk təhlükə