Çində yarasalarda yeni koronavirus aşkarlanıb

   Çində yarasalarda yeni koronavirus aşkarlanıb
  21 Fevral 2025    Oxunub:441
Çinli virusoloqlar yarasalarda yeni koronavirus aşkar ediblər.
Elm adamları onun insanlara COVID-19-a bənzər şəkildə yoluxa biləcəyini bəyan ediblər.
"South China Morning Post"un yaydığı məlumata görə, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəsli sayılır. Virusun tədqiqi Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou filialının, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə aparılıb.

Alimlər yarasa nümunələrindən belə qənaətə gəliblər ki, bu yeni virus insan hüceyrələrinə birbaşa və aralıq yollarla da təsir edə biləcək.

Yeni koronavirusun adı da məlumdur. Bu, HKU5-CoV-2-dir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti