Hava şəraiti səbəbi ilə 165 nəfər xəsarət alıb

Hava şəraiti səbəbi ilə 165 nəfər xəsarət alıb
  22 Fevral 2025    Oxunub:341
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 165 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan AzVision.az -a bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

AzVision.az


Teqlər: qar   xəsarət  





Xəbər lenti