Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb

Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb
  21 Fevral 2025    Oxunub:372
Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub.
Tədbirdə Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəlib.

Konqres zamanı Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Müxtəlif ölkələrdən 250-dən çox nümayəndənin qatıldığı tədbirdə 15 saatdan çox şəbəkələşmə imkanı çərçivəsində 1800-dən çox ikitərəfli görüş təşkil olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti