Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"

   Zelenski ABŞ-nin yaratdığı "canavardır"    - "Axios"
  21 Fevral 2025    Oxunub:397
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin yaratdığı "canavar"dır.
Bu barədə "Axios" portalına adı açıqlanmayan amerikalı yüksək rütbəli məmur məlumat verib.

Zelenskiyə yalançı deyən Rubio onu ölkəni tərk etməyə çağırdı
"Biz Zelenskinin simasında bir "canavar" yaratdıq", - portalın mənbəsi deyib.

Ağ Ev rəsmisi eyni zamanda onu da qeyd edib ki, ABŞ prezidenti Donald Trampın avropalı tərəfdarları Ukraynaya qoşun yeritmək niyyətində olmasalar da, Zelenskiyə pis məsləhətlər verirlər.

"Axios"un mənbəsinə görə, Zelenski Ukrayna dağ-mədən resursları ilə bağlı iqtisadi sövdələşmədən imtina etməklə yanaşı, Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyaddakı görüşünü də sərt şəkildə tənqid edib. O, həmçinin Trampı dezinformasiyanın təsirinə düşməkdə ittiham edib ki, bütün bunlar da Amerika prezidentini qəzəbləndirib.

Son günlər ABŞ lideri Donald Tramp Zelenskinin ünvanına sərt fikirlər səsləndirir. O, özünün "Truth" hesabında yazıb ki, Zelenski qalib gələ bilməyəcəyi müharibədən ötrü ABŞ-ni 350 milyard dollar ayırmağa inandıran ortabab gülüş ustasıdır.

Siyasətçi vurğulayıb ki, Zelenski "məhz öz maddi mənfəəti xatirinə Rusiya ilə münaqişəni dayandırmaq istəmir".

Həmçinin "New York Post" da Ağ Ev rəsmilərinin Ukrayna liderinə qarşı mənfi münasibətinə dair diqqət çəkən yazı dərc edib. Nəşr mənbəsinə istinadən yazıb ki, prezident Trampa yaxın olan məmurlar, o cümlədən Rubio Vladimir Zelenskinin Ukraynanı dərhal tərk etməyə çağırıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   ABŞ   Canavar  





Xəbər lenti