Pentaqonun UFO Ofisi bir ilə 700-dən çox məlumat alıb - "The Hill"

   Pentaqonun UFO Ofisi bir ilə 700-dən çox məlumat alıb    - "The Hill"
  15 Noyabr 2024    Oxunub:227
Pentaqonun UFO Ofisi (AARO) 2023-cü ildə naməlum anomal hadisələr (UAP) haqqında 757 məlumat alıb.
Bu fikirlər “The Hill”də dərc olunan məqalədəndir.

ABŞ Milli Arxivi minlərlə UFO sənədini yaydı
Nəşr məxfiliyi ləğv edilmiş hesabata istinadən yazıb ki, anomal hadisələrə dair müşahidələrin və şahidlərin ifadələrinin sayında kəskin artım olub. Eyni zamanda, Müdafiə Nazirliyinin keçmiş məmurları iddia ediblər ki, ABŞ-də insan zəkasının imkanlarını xeyli üstələyən texnologiyalar var.

Bildirilib ki, məlum olaylarla bağlı yalnız 118 hadisə hava şarları, quşlar və dronlara aid edilib. Yerdə qalan yüzlərlə insident isə yoxlanılmaq üçün öz növbəsini gözləyir. Agentlik ümumilikdə 1652 işi araşdırsa da, ofis hesabatda yadplanetlilərin varlığı və ya fəaliyyəti, texnologiyasınadair heç bir sübut tapmayıb.

AARO-nun direktoru Con Kosloski də məsələyə münasibət bildirib. O, deyib: "Əlbəttə ki, anomaliyalar var. Lakin indiyə kimi yerdən kənar hansısa varlıqlar, bizə yad bir planetlə heç bir əlaqə qura bilməmişik".

Xatırladaq ki, ötən il ABŞ Milli Arxivi naməlum uçan obyektlərə aid məxfiliyi ləğv edilmiş minlərlə sənədi rəqəmsallaşdıraraq öz saytında yerləşdirmişdi. Onların arasında yazılı ifadələr, həmçinin fotoşəkillər və videolar da var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   UFO  





Xəbər lenti