ABŞ kəfiyyatına rusiyayönümlü Tulsi Qabbard rəhbərlik edəcək
Açıqlamada keçmiş konqresmen polkovnik-leytenant Tulsi Qabbardın həm respublikaçılar, həm də demokratlar arasında geniş dəstəyə malik olduğu bildirilir.
“Mən bilirəm ki, Tulsi bizim konstitusiya hüquqlarımızı müdafiə və güc vasitəsilə sülhü təmin edərək, onun görkəmli karyerasını müəyyənləşdirən qorxmaz ruhu kəşfiyyat camiəmizə gətirəcək. Tulsi hamımızı qürurlandıracaq!”, - Tramp deyib.
“Meduza” Qabbardın rusiyayönlü mövqe tutduğunu iddia edir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra o bildirib ki, Bayden/NATO administrasiyası Rusiyanın Ukraynanın NATO-ya daxil olması ilə bağlı haqlı narahatlığını qöəbul etsə idi bu müharibə və iztirabdan asanlıqla qaçmaq olardı. Qabbard, həmçinin ABŞ-nin Ukraynanı maliyyələşdirməsinə qarşı çıxıb.
Tulsi Qabbard 2003-cü ildən ABŞ Ordusunun Milli Qvardiyasında və 2004-2005-ci illərdə ABŞ ordusunun İraqdakı səhra tibb bölməsində xidmət edib. 2020-ci ildə ABŞ ordusunun ehtiyatına keçirilib və bir il sonra polkovnik-leytenant rütbəsi alıb. O, “Fox News” telekanalının keçmiş siyasi şərhçisi və Demokratlar Partiyasının üzvü idi. Lakin 2022-ci ildə demokratların sıralarını tərk edən Tulsi Qabbqar bu ilin avqustunda seçkilərdə Trampı dəstəkləyib.
“Associated Press” nəşri qeyd edir ki, Qabbard Nümayəndələr Palatasının müvafiq komitələri, o cümlədən Daxili Təhlükəsizlik Komitəsi istisna olmaqla, birbaşa kəşfiyyat cəmiyyətində işləməyib. “Frans Press” agentliyi isə keçmiş konqresmenin Suriya prezidenti Bəşər Əsədlə görüşdüyünü xatırldadıb.
Sahil İsgəndərov
AzVision.az