İran və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
  14 Noyabr 2024    Oxunub:495
Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Söhbət zamanı nazirlər ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az





Teqlər:





Xəbər lenti