Tonqa Qanunvericilik Assambleyasının sədri Azərbaycana gəlib - Fotolar

      Tonqa Qanunvericilik Assambleyasının sədri Azərbaycana gəlib     -    Fotolar
  14 Noyabr 2024    Oxunub:837
Tonqa Respublikasının Qanunvericilik Assambleyasının sədri Fatafehi Fakafanua noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları - Şahin İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.







AzVision.az




Teqlər:





Xəbər lenti