Fransa Rusiya qazının əsas alıcısına çevrilib
Bu müddətdə Fransa Rusiyadan qaz idxalının həcmini 30% artıraraq 1,9 milyard avroya, İspaniya isə aldığı qazın həcmini 1,4 milyard avroya qədər artırıb. Rusiyadan əsas yanacaq alıcıları arasında İtaliya (1,3 milyard avro) və Yunanıstan (0,9 milyard avro) da var. Maraqlıdır ki, Macarıstan isə bu göstəricini təxminən 33% azaldaraq Rusiyaya cəmi 1,6 milyard avro ödəyib. Halbuki, Fransa da daxil olmaqla Aİ-nin aparıcı dövlətləri Macarıstanın baş naziri Viktor Orbanı az qala Kremlin casusu adlandırırlar.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Rusiya boru kəməri qazının Avropaya ixracını 15% artıraraq 26,52 milyard kubmetrə çatdırıb. Daha əvvəl Rusiya mediası ötən ay Rusiya qazının Avropa ölkələrinə nəqlinin 2,8 milyard kubmetr təşkil etdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az