"İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişməyib"

 "İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişməyib"
  14 Noyabr 2024    Oxunub:694
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib".
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək
Bundan əvvəl Rusiyadakı səfir Qurgen Arsenyan KTMT-yə üzv olan digər ölkələrdən olan həmkarları ilə birlikdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. Arsenyanın iştirakı diqqəti ona yönəldib ki, İrəvan son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot edib.

Bu müddət ərzində baş nazir Nikol Paşinyan bir neçə dəfə Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu bəyan edib. Bu ilin sentyabrında Paşinyan da KTMT-ni Ermənistan üçün “təhlükəsizliyə təhdid” adlandırıb və bəyan edib ki, KTMT ilə münasibətlərdə geri dönüş nöqtəsi artıq keçib.

Kreml Paşinyanın bu rezonanslı bəyanatına reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın fikirləri ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur, əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ermənistan   KTMT  





Xəbər lenti