İsrail ordusu Livanla sərhəddəki ərazini qapalı hərbi zona elan edib

İsrail ordusu Livanla sərhəddəki ərazini qapalı hərbi zona elan edib
  30 Sentyabr 2024    Oxunub:764
İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib”, - deyə məlumatda bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti