Almaniyada yaralananlardan ikisi Türkiyə vətəndaşıdır

Almaniyada yaralananlardan ikisi Türkiyə vətəndaşıdır
  21 Dekabr 2024    Oxunub:370
Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada Milad yarmarkasına edilən hücumla bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, Türkiyə XİN bəyanatında Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında qəsdən törədilən hücumla bağlı dərin kədər hissi keçirdiklərini bildirib.

Hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara isə şəfa diləklərinin ifadə olunduğu açıqlamada, həmçinin deyilir: “Şiddətlə qınadığımız bu hücumun səbəbinin tezliklə aydınlaşdırılacağı və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edirik. Bu kədərli gündə Almaniyanın yanında olduğumuzu vurğulamaq istəyirik”.

XİN açıqlamasında hadisə zamanı Türkiyənin iki vətəndaşının yaralandığını, onların müalicələrinin xəstəxanalarda davam etdirildiyini, vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.

Qeyd edilib ki, vəziyyət Türkiyənin Hannover şəhərindəki Baş konsulluğu tərəfindən yaxından izlənir.

AzVision.az



Teqlər:





Xəbər lenti