Putindən Vaşinqtona “duel” təklifi
“Əgər Qərb ekspertləri “Oreşnik” zərbəsinin dəf oluna biləcəyinə inanırlarsa, qoy onlar bizə və Qərbdə, ABŞ-da onlara pul ödəyənlərə 21-ci əsrin belə yüksək texnoloji duelini, bir növ texnoloji təcrübə keçirməyi təklif etsinlər. Qoy, məsələn Kiyevdə, hansısa məhv olunmalı hədəfi müəyyən etsinlər, bütün hava hücumundan və raketdən müdafiə qüvvələrini orada cəmləşdirsinlər, biz də “Oreşnik”lə ora zərbə endirək və görək nə baş verir. Biz belə bir təcrübəyə hazırıq. Qarşı tərəf hazırdırmı? Düşünürəm ki, bu həm bizim, həm də Amerika tərəfi üçün faydalı olacaq”, - Rusiya prezidenti vurğulayıb.
Vladimir Putin “Oreşnik”in müasir və çox yeni silah olduğunu bildirib. Çünki istənilən sahədə görülən hər şey əvvəlki inkişaflara, əvvəlki nailiyyətlərə söykənir və bundan sonra insanlar irəliyə doğru addım atır.
Onun iddiasına görə, uçuş məsafəsi 5,5 min kilometrə qədər olan “Oreşnik”i dünyada vura biləcək sistemlər yoxdur. Bu baxımdan, Rusiya prezidenti Amerikanın raketdən müdafiə sistemini “bahalı və səmərəsiz” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az