Azərbaycan NATO tərəfdaşlığı müzakirə edilib

Azərbaycan NATO tərəfdaşlığı müzakirə edilib
  19 Dekabr 2024    Oxunub:335
Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə Komandanlığın Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Qunştayn arasında görüş keçirilib.
Görüşdə kontr-admiral Bruasdal Qunştayn dekabrın 3-5-də Bakıda keçirilmiş “NATO Günləri 2024”-də iştirakı ilə əlaqədar ölkəmizə səfərinin nəticələrindən danışıb, həmçinin bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb.

Qarşı tərəf Azərbaycan-NATO əlaqələrinin cari vəziyyəti, Azərbaycan Ordusunda aparılan islahatları, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti