Azərbaycan və Rusiya arasında saziş imzalandı

   Azərbaycan və Rusiya arasında saziş imzalandı
  21 Dekabr 2024    Oxunub:454
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya işgüzar səfər edib.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində Rusiyanın Nəqliyyat Nazirliyində nazir Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib.

Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, o cümlədən avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

Müzakirələrdən sonra Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb.

Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” BND-nin Qərb marşrutunun potensialını artırmaqdır.

Bu saziş dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti