Britaniya Gürcüstana qarşı sanksiyalar tətbiq edib

Britaniya Gürcüstana qarşı sanksiyalar tətbiq edib
  19 Dekabr 2024    Oxunub:280
Britaniya Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri və Tbilisi polis rəisinə qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, sanksiyalar Gürcüstanda jurnalistlərin və dinc nümayişçilərin saxlanması iddiası ilə bağlıdır.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, Böyük Britaniya Gürcüstan xalqını dəstəkləyir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün imkanları nəzərdən keçirəcək.

Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas Gürcüstana qarşı sanksiyaların hazırlandığını təsdiqləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti