İsveç Fələstinə yardımı məhdudlaşdırır

   İsveç Fələstinə yardımı məhdudlaşdırır
  20 Dekabr 2024    Oxunub:447
İsveç hökuməti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) artıq yardım ayırmayacağını açıqlayıb.
Bu barədə İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benyamin Dusa ölkənin "TV4" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Stokholm Qəzza zolağına lazımi humanitar yardımi digər vasitələrlə göndərəcək.

"Eyni zamanda, humanitar yardımın həcmini 400 milyon artırılaraq, ümumilikdə 800 milyon krona çatdırılacaq", - nazir vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi 1949-cu ildə İsrail-Fələstin müharibəsi fonunda yaradılıb və o vaxtdan bəri fəaliyyət göstərir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   Qəzza   Fələstin   BMT   humanitar-yardım  





Xəbər lenti