Botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
Botulizmin ilk əlamətləri bəzən qısa – bir neçə saat, bəzən 1-3 gün davam edən inkişaf dövründən sonra təzahür edir. İlkin simptomlar həzm sistemi ilə əlaqədar olsa da, xəstəlik irəlilədikcə toksin sinir sisteminə ciddi təsir göstərir. Simptomlara ağızda quruluq, qusma, mədəaltı nahiyədə ağrılar, bulanıq görmə, udma və nitq qabiliyyətində pozğunluq, xəstəliyin son fazasında isə diafraqma və tənəffüs əzələlərinin iflici ilə əlaqədar tənəffüs funksiyasının pozulması aiddir.
Dövlət tibb müəssisələrindən daxil olan məlumata əsasən, bu ilin 11 ayı ərzində Azərbaycanda 36 nəfər botulizmə məruz qalıb və bu da ev şəraitində konservləşdirilmiş məhsulların istehlakı nəticəsində baş verib.
Botulizmin baş verməməsi üçün məhsulların ev şəraitində konservləşdirilməsi zamanı sanitar-gigiyenik qaydalara riayət edilməli, sterilizasiya düzgün aparılmalı və məhsullar doğru şəraitdə saxlanılmalıdır. Eyni zamanda, ev şəraitində hazırlanan konservləşdirilmiş məhsulların kütləvi tədbirlərdə istifadə edilməsi yolverilməzdir.
AzVision.az
Teqlər: