Zelenski: “Pozitiv siqnallar var”

   Zelenski:    “Pozitiv siqnallar var”
  19 Dekabr 2024    Oxunub:263
Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderləri ilə Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsi imkanını müzakirə edib.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti avropalı çüttəfiqləri ilə danışıqlardan sonra keçirdiyi mətbuat kofnransında bəzi məqamlarla bağlı açqıalma verib.

“Hazırkı mərhələdə Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə məsləhətləşmələr aparılır. Makron bu məsələ ilə bağlı bəzi liderlərlə əlaqə saxlayıb. Müzakirələr davam edir və bəzi liderlərdən müsbət siqnallar var”, - Volodimir Zelenski bildirib.

Sülhməramlı missiyanın mümkün formatı ilə bağlı şərh verməkdən imtina edən Ukrayna prezidenti bunun “həssas məsələ” olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, təfərrüatlar məsələsidir və həmin detallar ərtafında müzakirələr aparılır.

Dünən “Reuters” agentliyinin mənbələri Avropa ölkələrinin, sülh sazişi bağlanacağı halda onun şərtlərinə əməl olunmasına nəzarət üçün, Ukraynaya sülhməramlı kontingentin göndərilməsi imkanını müzakirə etdiklərini bildiriblər.

- Ukraynaya Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyadan olan hərbi qulluqçular göndərilə bilər. Eyni zamanda, bəzi Avropa liderlərinin fikrincə, indi bu məsələni müzakirə etməyin vaxtı deyil”, - agentliyin mənbələri vurğulayıblar.

Bununla yanaşı, Ukrayna hadisələrində aparıcı atorlardan biri olan Böyük Britaniya Kiyevə 286 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır.

“Paketə Ukrayna Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi üçün avadanlıqlar, o cümlədən kiçik qayıqlar, kəşfiyyatçı PUA-lar, pilotsuz suüstü gəmilər, minaya davamlı pilotsuz uçuş aparatları, həmçinin hava hücumundan müdafiə vasitələri, xüsusən də radarlar, yerüstü fırıldaqçılar və pilotsuz təyyarələrə qarşı elektron döyüş sistemləri daxildir”, - “Reuters” agentliyi yazır.


Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə imkanlarının artırılması üçün 1000-dən çox elektron mübarizə sisteminin tədarükünə, birgə respirator və avadanlıqların alınmasına 39 milyon funt sterlinq xərclənəcək.

Yardım paketindən 26 milyon funt-sterlinq isə əvvəllər göndərilmiş avadanlıqların texniki xidmətinə və ehtiyat hissələrinin tədarükünə yönəldiləcək.

Sahil İsgəndsərov
AzVision.az


Teqlər: Avropa   Britaniya   Ukrayna  





Xəbər lenti