Orban Trampın öz postunu tutmasını gözləyir

   Orban Trampın öz postunu tutmasını gözləyir
  20 Dekabr 2024    Oxunub:393
Macarıstanın baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaların uzadılıb-uzadılmaması barədə qərar verməzdən əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini gözləyəcək.
AzVision.az xəbər verir ki, “Bloobmerg” agentliyinin dərc etdiyi materialda belə iddia olunur.

“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı məhdudiyyətləri hər altı aydan bir, növbəti dəfə - yanvarın sonunda, Trampın andiçməsindən 11 gün sonra uzatmalıdır. Bu, indiyə qədər adi prosedur idi. Lakin sanksiyaların uzadılması 27 üzv dövlətin yekdil dəstəyini tələb edir və cənab Orbana veto qoymağa imkan verir”, - agentlik yazır.

Qeyd edək ki, dekabrın 16-da Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin qəbul edildiyini açıqlayıb. Sanksiyalar siyahısına Çin, Hindistan, BƏƏ və Serbiya şirkətləri də daxil olmaqla 54 fiziki şəxs və 30 təşkilat daxildir. Məhdudiyyətlər Rusiyanın “tankerlərin kölgə donanmasından” istifadə edərək G7 ölkələri tərəfindən müəyyənləşdirilmiş neftin qiymətinin tavanından yan keçməsinin qarşısını almaq məqsədi daşıyır.

Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto, öz növbəsində, ABŞ-nin Budapeştə güzəştə getdiyini və bu ölkəni Rusiyanın “Qazprombank”ına qarşı tətbiq olunan sanksiyalardan təcrid etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   Tramp   Rusiya  





Xəbər lenti