Nazir: "İsveçin qərarını alqışlayırıq"

  Nazir:  "İsveçin qərarını alqışlayırıq"
  20 Dekabr 2024    Oxunub:422
"İsveç hökumətinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımı dayandırmasını məmnuniyyətlə qarşılayırıq".
Bu sözləri İsrailin diasporla iş üzrə naziri Amixay Şikli "X" hesabında yazıb. O diqqətə çatdırıb ki, "əməkdaşlarının terror fəaliyyətlərində iştirakı səbəbi ilə UNRWA öz legitimliyini itirib".
İsveç Fələstinə yardımı məhdudlaşdırır

"İsveç hökumətinin qərarı kritik və cəsarətli addımdır. Çünki UNRWA-nın şəxsi heyəti 7 oktyabr vəhşiliklərində fəallıq göstərib, obyektləri terror ocaqlarına çevrilib, məktəbləri isə HƏMAS təbliğatı aparır", - nazir vurğulayıb.

Xatırladaq ki, İsrail hökuməti UNRWA-ı HƏMAS terror təşkilatının ötən ilin 7 oktyabrında bu ölkəyə hücumuna dəstək verməkdə günahlandırır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İsveç   Qəzza   yardım  





Xəbər lenti