Dudanın təklifi Şolzu hövsələdən çıxarıb

   Dudanın təklifi Şolzu hövsələdən çıxarıb
  21 Dekabr 2024    Oxunub:370
Almaniya kansleri Olaf Şolz polşalı həmkarı Ancey Dudanın Avropada dondurulmuş 260 milyard avro dəyərində Rusiya aktivlərinin müsadirə edilərək xərclənməsi çağırışından qəzəblənib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” qəzeti belə məlumat yayıb.

“Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsünüz. Siz heç avrodan da istifadə etmirsiniz”, - Almaniya kansleri pul vahidi “zlotıy” olan Polşanın prezidentinin təklifinə qəzəbli reaksiya sərgiləyib.

Ancey Dudanın təklifini avrozonya daxil olmayan ABŞ və Böyük Britaniya dəstəkləyiblər. Avrodan istifadə edən Almaniya, Fransa və İtaliya isə buna qarşı çıxıblar.

Dekabrın 17-də mənbələrə istinad edən “Bloomberg” agentliyi Avropa İttifaqının (Aİ) Rusiya aktivlərinin müsadirəsinə münasibətini yenidən nəzərdən keçirmək qərarına gəldiyini, belə bir qərarın hüquqi və maliyyə nəticələrini qiymətləndirdiyini yazıb. Dondurulmuş vəsaitlərin ən böyük hissəsinin yerləşdiyi Belçikanın “Euroclear” depozitarisi isə, səlahiyyətlilərin müsadirə barədə qəbul edə biləcəyi qərara görə məsuliyyət daşımaq istəmədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şolz   Duda   qəzəb  





Xəbər lenti