Bakıda yanğın - 4 nəfər xəsarət alıb

   Bakıda yanğın  -    4 nəfər xəsarət alıb
  27 Dekabr 2018    Oxunub:1506
Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər xəsarət alıb. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti