Fazil Mustafa: “Onun xatirəsi uca tutulmalıdır”

Fazil Mustafa: “Onun xatirəsi uca tutulmalıdır”
  04 Mart 2013    Oxunub:1061
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Nuru Paşanın gördüyü işlərlə bağlı geniş ictimai kampaniya başladacaq.
Bu barədə millət vəkili AzVision.az-a məlumat verib.
Ölkə Prezidentinin Azərbaycanın böyük ziyalısı, dəyərli dövlət xadimi və diplomatı Əlimərdan Bəy Topçubaşovun anadan olmasının 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncamı həqqiqətən də təqdirəlayiqdir. Bu böyük şəxsiyyətin xatirəsini uca tutmaq, tariximizə, dəyərlərimizə sayğılı bir davranışdır. Bununla belə, Azərbaycanda haqqı tanınmayan, hallallığını qazanmadığımız bir böyük dəyər də var ki, onun xatirəsinin uca tutulması ilə bağlı da mütləq real addımlar atılmalıdır. Bu da Azərbaycanın milli qəhrəmanı, vətənimizin və millətimizin xilaskarı şəhid Nuru Paşadır. Mən çox istərəm ki, Azərbaycan insanı onun ömür yolunu öyrənsin, onun bizə bəxş etdiyi azadlıq nemətini anlasın. Bu il Bakının Nuru Paşa komutanlığında Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 95 illiyi gəlir. Bu tarixi dövlət səviyyəsində layiqincə xatırlamadan keçəriksə, vallahi bizim bu müstəqilliyə layiq insanlar olaraq özümüzü tanıtmamız əbəsdir. Mən bu mövzuda bir çox yüksək rütbəli məmurlarla, tanınmış ictimai fiqurlarla söhbətlər aparmışam, bəzilərindən Nuru Paşa haqqında elə yanlış, hətta ləyaqətsiz fikirlər eşitmişəm ki, "belə Allahsızliq olmaz!" deyə söhbəti durdurmuşam. Həm də bu insan haqqında danışarkən, çox vaxt bizi Türkiyəpərəstlikdə ittiham edən görüşlərlə də rastlaşmışam. Əlbəttə, mənim üçün Azərbaycan və Türkiyə bölünməz məkan və ruh olduğundan buna gülüb keçmişəm. Sadəcə bədxahlara onu söyləmişəm ki, hər dəfə dua edərkən, Nuru Paşa qədər Azərbaycan sevgisinə sahib olmağı Uca Yaradandan istəyirəm.
Yaxın zamanlarda Nuru Paşanın Azərbaycanın azadlığı üçün, Türk millətinin ayaqda qalması üçün gördüyü böyük işlərin təbliği ilə bağlı geniş bir ictimai kampaniya başlatmaq düşüncəsindəyəm.


Teqlər:  





Xəbər lenti