Azərbaycan XİN Misirdəki terror aktını pislədi
"Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir,qurbanların ailələrinə və Misir xalqına başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir", - məlumatda deyilib.
Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 120-dən çox insan yaralanıb.
AzVision.az
Teqlər: Azərbaycan XİN Misir Terror