Prokurorluq əməkdaşı beynəlxalq təlim kursunda
Təlim kursunda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı və informasiya təminatı idarəsinin prokuroru Ziya Hacıyev təmsil edib.
Tədbir çərçivəsində təqdimatla çıxış edən Z.Hacıyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş kompleks, sistemli və ardıcıl islahatlar, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
İştirakçılar tərəfindən təqdir edilən ölkəmizin korrupsiyaya qarşı mübarizə modeli, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti kursun təşkilatçıları tərəfindən də korrupsiya ilə mübarizə sahəsində uğurlu və qabaqcıl nümunə qismində vurğulanıb.
Təlimin yekununda Z.Hacıyevə korrupsiyaya qarşı mübarizə proqramının uğurla başa çatdırılması ilə əlaqədar sertifikat təqdim edilib.
AzVision.az
Teqlər: Baş-Prokurorluq