SOCAR rəhbərliyi Natiq Əliyevi unutmadı - FOTOLAR
Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. SOCAR-ın prezidenti Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.
Qeyd edib ki, Natiq Əliyevin adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: "O bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı".
Sonra tədbir iştirakçıları "CBC" kanalında mərhum energerika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi canlı izləyiblər. Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, ömrünün 69 ilində həyatdan köçüb.(AzerTac)
AzVision.az
Teqlər: SOCAR