Bir ildə icra işlərinin sayı 30 faiz artıb
Nazir qeyd edib ki, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilib: “İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunub. O cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb. Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsinə əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanıb. Bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub”.
F.Məmmədov vurğulayıb ki, bu ilin ötən dövrü ərzində Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub".
"Aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış minlərlə torpaq sahəsi geri qaytarılıb.
AzVision.az