“Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - General
"Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".
S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.
Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu keçiriləcək. Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.
AzVision.az