“Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov
“Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”, - deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay baş tutan görüşü Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) ümumi səylərində durğunluğu aşmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləməyə imkan verəcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Lavrov Rusiya ABŞ Qarabağ