"25 ildə əhalinin sayı 30 faiz artıb" - Baş nazirin müavini
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Uşaqların IV Ümumrespublika Forumunda deyib. O bildirib ki, hər bir vətəndaş sağlam uşaq böyütməyi ali vəzifə hesab edir.
Ə.Əhmədov bildirib ki, vətəndaşlarımızın sayının, ölkəmizin gücünün və qüdrətinin artması vacib amildir: "Biz eyni zamanda çalışmalıyıq ki, sadəcə sayımızın artması ilə deyil, eyni zamanda cəmiyyətin keyfiyyət parametlərinin yaxşılaşması ilə potensialımızı daha da gücləndiririk. Bu, o deməkdir ki, gənclərimiz və uşaqlarımız daha sağlam böyüməli, daha yaxşı səhiyyə xidməti almalı, daya yaxşı məktəblərdə oxumalı, daha yaxşı təhsil almalıdır. Uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər digər keyfiyyət parametlərinə malik olmalıdır. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasətini həyata keçirilməsində kifayət qədər səmərəli fəaliyyət göstərir".
Aytən Zəhra
AzVision.az
Teqlər: Əli-Əhmədov