Məleykə Abbaszadəyə sualı olanların nəzərinə!
Qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyənlərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 19, tel.: (02121) 5-15-23) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, Neftçala, Salyan , Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon təhsil şöbələrində noyabrın 20-dən 29-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçməklə qəbula yazılmaq mümkündür.
AzVision.az
Teqlər: DİM