Baş nazirin müavini: “Biz öz gücümüzə arxalanmalıyıq”
Komitə sədri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir”.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Ə.Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu.
“Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı”.
AzVision.az
Teqlər: Əli-Həsənov