Harvardın müəllim və tələbələri Azərbaycanda – FOTOLAR
Milli Məclisdə, Ali Məhkəmədə, “ASAN Xidmət”də Harvardın tələbə və müəllim heyətilə görüşlər keçirilib. Həmçinin onlar Azərbaycan Diplomatik Akademiyasında təşkil edilən Dəyirmi Masaya qatılıblar. Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, “ASAN xidmət”in sədri İnam Kərimov, Bakı Portunun rəhbəri Taleh Ziyadov və ADA-nın dekanı Elnur Sultanovun iştirakı ilə keçirilən dəyirmi masada qonaqlara ölkəmizin tarixi, müstəqillik yolu, inkişaf strategiyası, aparılan uğurlu islahatlar, Asan Xidmət modeli barədə məlumatlar verilib və xüsusi təqdimatlar edilib. Daha sonra qonaqların Azərbaycanla bağlı sualları cavablandırılıb.
Tədbir müddətdinə həmçinin ölkəmizni xarici siyasəti, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı məsələlər, sülh danışıqlarının gedişatı qonaqlarla müzakirə olunub.
Tələbələr həmçinin Harvard Universitetinin Azərbaycanlı məzunları ilə görüş keçiriblər.
Həftənin sonunda isə qonaqlar Azərbaycanın gözəl guşələrinə - Şəki və Qəbələyə səfər ediblər. Beləliklə, onlar ölkəmizin təbiəti, regionların inkişafı və turizm potensialı ilə də əyani şəkildə tanış olublar.
Qeyd edək ki, səfər Harvard Unviersitetini bir qrup azərbaycanlı məzunları tərəfindən təşkil edilib.
AzVision.az