Şeyx tələb etdi

Şeyx tələb etdi
  28 Avqust 2013    Oxunub:1109
Qafqaz Müsəlmanları İdarəsi Gürcüstanda yerli müsəlmanlarla polis arasında baş vermiş qarşıdurmaya münasibət bildirib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, məsələ diqqətdə saxlanılacaq. Onun sözlərinə görə, qarşıdurma ilə bağlı QMİ araşdırmalar aparacaq. “Çünki belə xəbərlər çox vaxt şişirdilmiş, tendensiyalı xəbərlər olur. Ona görə də İdarə öz kanalları vasitəsilə dəqiqləşdirmə aparır. Orada əməkdaşlarımız var. Yalnız məsələ araşdırılandan sonra münasibət bildirəcəyik”, – deyə Rəhimə Dadaşova bildirib.

Qeyd edək ki, Gürcüstanda yerli müsəlmanlarla polis arasında baş vermiş qarşıdurmada 20 nəfər saxlanılıb. Adigeni rayonunun Çala kəndində yerli icra nümayəndəliyi məscidin bir ay bundan əvvəl tikilmiş minarəsini sökmək istəyərkən məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb.

Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri polis idarəsinə aparıb. 200 nəfər insan polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda, zədələnən minarənin bərpa olunmasını tələb edib.(modern.az)


Teqlər:





Xəbər lenti