Komitə sədri cənublularla görüşəcək

Komitə sədri cənublularla görüşəcək
  27 Avqust 2013    Oxunub:1494
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vətəndaşlarla görüş keçirəcək.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Komitənin sədri A.Əliyev avqustun 30-da saat 10:00-da Astara rayon Mədəniyyət Evində (Astara şəhəri, Nizami küçəsi,22) vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Teqlər:





Xəbər lenti