Peskov prezidentlərin görüşü haqda: `Danışıqlar çətin olacaq`

Peskov prezidentlərin görüşü haqda: `Danışıqlar çətin olacaq`
  20 İyun 2016    Oxunub:2753
“Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır”.

AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, münaqişə ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz. Peskov əlavə edib ki, danışıqlar çətin olacaq: “Rusiya prezidenti ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyanla, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, müzakirələr aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə nahar edəcəklər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti